Azərbaycan futbolçusu karyerasını Türkiyədə davam etdirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin və Rusiyanın “Ryazan” klubunun futbolçusu Vüsalə Seyfəddinova karyerasını Türkiyədə davam etdirəcək.

20 yaşlı müdafiəçi “Qaziantep ALGSpor” komandasına keçib.

Qeyd edək ki, “Qaziantep ALGSpor” klubu Birinci liqada mübarizə aparır. Komanda 2020/2021-ci il mövsümündə Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.

Xəbər 427 dəfə oxundu.