FIFA referilərinin siyahısında dəyişiklik olub
Oktyabrın 7-də Hakimlər Komitəsinin iclasında 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısında bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, 2013-cü ildən FIFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəz edib. 2010-cu ildən FIFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib.

Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FIFA-ya göndəriləcək.

FIFA fitness testlərinin nəticəsindən asılı olaraq qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə əlavə məlumat verəcək.

Xəbər 441 dəfə oxundu.