Monteneqro-Azərbaycan oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək
Futbol üzrə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Monteneqro-Azərbaycan oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rikardo de Burgos Bengoeçea olacaq. Ona Roberto del Palomar və Pau Cebrian Devis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək.

Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-də Podqoritsa şəhərində keçiriləcək.

Xəbər 380 dəfə oxundu.