AMADA Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

Bundan əlavə AMADA əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb və Müdafiə Nazirliyinin Tibb Xidmətinə təhvil veriblər.


Xəbər 376 dəfə oxundu.