Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Baş məşqçi Milan Obradoviçin komandası “Nitra” stadionunda Slovakiya millisinin qonağı olacaq.

Azərbaycan yığması meydana itki ilə çıxacaq. Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyevin koronavirus testi müsbət nəticələnib və yarımmüdafiəçi toplanışa qatıla bilməyib.

Qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.

Azərbaycan komandası ikinci qrupda 7 oyundan sonra 6 xalla dördüncü, Slovakiya isə 6 oyundan sonra 6 xalla beşinci pillədə qərarlaşıb. Komandalar arasında Bakıda keçirilən matçda Azərbaycan yığması qələbə qazanmışdı - 2:1.

Xəbər 387 dəfə oxundu.