“France Football” nəşri tarixin ən yaxşı 10 qapıçısının adını açıqlayıb
Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 qapıçısının adını açıqlayıb.

Siyahıda SSRİ milli komandasının heyətində 1960-cı ildə Avropa çempionu olan Lev Yaşində var. Yaşindən əlavə ən yaxşı qapıçıların siyahısında ingiltərəli Qordon Banks, italiyalı Canluici Buffon və Dino Zoff, ispaniyalı İlker Kasilyas, almaniyalı Sepp Mayer və Manuel Noyer, kamerunlu Tom N`Kono, danimarkalı Peter Şmeyxel və niderlandlı Edvin van der Sar yer alıblar.

Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçular “Bayern Münhen”in qapıçısı Manuel Noyer və “Yuventus”un qolkiperi Canluici Buffondur.

Qeyd edək ki, L.Yaşin 1963-cü ildə Fransa Futbol mükafatı olan “Qızıl Top”u alıb. O, bu mükafatı alan yeganə qapıçıdır.

Xəbər 384 dəfə oxundu.