“Başakşəhər” Azərbaycan millisinin üzvü ilə yeni müqavilə imzalayıb
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Serhan Üresin “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

2002-ci il təvəllüdlü yarımmüdafiəçi Superliqa təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.

S.Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında Azərbaycanın U-19 yığmasında iştirak edib.

Qeyd edək ki, “Başakşəhər” ötən mövsümdə Türkiyə Superliqasının çempionu olub. İstanbul klubu cari mövsümdə 4 turdan sonra cəmi 1 xal toplamaqla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb

Xəbər 372 dəfə oxundu.