Oklenddə 2021-ci ildə keçirilməsi planlaşdırılan tennis turniri ləğv edilib
Yeni Zelandiyanın Oklend şəhərində 2021-ci ilin yanvarında keçirilməsi planlaşdırılan tennis turniri koronavirus səbəbindən ləğv edilib.

Bu barədə yarışın direktoru Karl Bac məlumat verib. O qeyd edib ki, turnirə hazırlıq plana uyğun getsə də, COVID-19 ilə bağlı vəziyyət qeyri-müəyyən qaldığına görə, “ASB Tennis Classic” turniri ləğv edilib.

Qeyd edək ki, 2020-ci ildə Oklenddə kişilər arasında keçirilmiş analoji turnirin qalibi fransız Uqo Umber olub. Belə ki, o, finalda həmyerlisi Per Benyanı məğlub edib. Qadınlar arasında isə finalda həmyerlisi Cessika Pegulaya qalib gələn amerikalı Serena Villiams birinci yeri tutub.


Xəbər 416 dəfə oxundu.