AFFA-nın əməkdaşı Ukrayna–İspaniya oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Ukrayna–İspaniya qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.
Ukrayna–İspaniya oyunu oktyabrın 13-də Kiyevdə keçiriləcək.

Xəbər 404 dəfə oxundu.