“Qəbələ”nin futbolçusu Qismət Alıyevin “Zirə”yə keçidi rəsmiləşib
“Qəbələ” klubunun futbolçusu Qismət Alıyevin “Zirə”yə keçidi rəsmiləşib.

“Qırmızı-qaralar” 24 yaşlı yarımmüdafiəçiyə komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

“Zirə”nin rəsmi “Facebook” səhifəsi oyunçu ilə ikiillik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Q.Alıyev 2010-cu ildən bu komandanın formasını geyinib.

Xəbər 557 dəfə oxundu.