Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Ordusuna dəstək olub
Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücuma keçən Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən təmizləməkdə davam edir.

Ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən oktyabrın 5-də ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “Mitsubishi Pick-up L200” avtomobili təqdim olunub. Həmçinin akademik, inzibati heyət və tələbələr döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədilə ürək sözlərini əks etdirən əsgərə məktublar yazıb, Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.

Xəbər 378 dəfə oxundu.