Ukrayna klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb
Ukraynanın “Krivbass” futbol klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Komandanın baş məşqçisi Gennadi Prixodko “Metaratings” nəşrinə açıqlamasında 11 futbolçuda virus aşkarlandığını bildirib.

Qırx yeddi yaşlı mütəxəssis vurğulayıb ki, infeksiyaya yoluxanların 8-i əsas heyət üzvləridir.

Qeyd edək ki, “Krivbass” klubu 2020/2021-ci il mövsümündən İkinci liqada çıxış edir.

Xəbər 549 dəfə oxundu.