AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

UEFA Millətlər Liqasının “C” liqasının 3-cü qrup mərhələsi çərçivəsində keçiriləcək Kosovo–Sloveniya oyununun hakim-inspektoru F.Stuçlik olacaq.

Qeyd edək ki, Kosovo–Sloveniya oyunu oktyabrın 11-də Priştina şəhərində keçiriləcək.

Xəbər 491 dəfə oxundu.