“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib
Oktyabrın 2-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə ikinci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivasspor” komandaları ilə birlikdə “I” qrupunda yer alıb.

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.

Xəbər 440 dəfə oxundu.