Azərbaycan U-21 millisinin iki oyun üçün heyəti açıqlanıb
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyun üçün heyəti açıqlanıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Səbail”), Nicat Mehbaliyev (“Sabah”), Rauf Hüseynli (“Qarabağ”), Turan Manafov (“Səbail”), Mert Çelik (“Neftçi”), Nihad Tamazov (“Qarabağ”), Hüseyin Seyliğli (“Darıca Gençlerbirliyi”, Türkiyə), Rüfət Əhmədov (“Qəbələ”), Emre Kaplan (“Başakşehir”, Türkiyə), Ömər Buludov (“Neftçi”), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə (“Keşlə”), Hacıağa Hacılı (“Zirə”), Fərid Nəbiyev (“Viktoriya Jijkov”, Çexiya), Barış Ekincier (“Boxum”, Almaniya), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Toral Bayramov (“Qarabağ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Elvin Cəfərquliyev (“Qarabağ”), Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”), Muhammed Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə) və Doğukan Oksuz (“Yomraspor”, Türkiyə) yer alıblar.

Xəbər 430 dəfə oxundu.