Teymur Rəcəbov: Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq
Vətənimdə bir neçə gündür qanlı toqquşmalar davam edir. Ermənistanın işğalçı qoşunları əzəli torpaqlarımızda xalqımıza qarşı vuruşur. Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm. Erməni işğalçı qüvvələri torpaqlarımızı dərhal tərk etməlidir. Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur.

Bu fikirləri Azərbaycanın dünya şöhrətli şahmatçısı Teymur Rəcəbov “Facebook” səhifəsindəki paylaşımında qeyd edib. O bildirib ki, ordumuzun şücaətli əsgərləri düşmənlə mübarizə aparır, doğma torpaqlarımızda ədaləti bərpa edirlər.

T.Rəcəbov paylaşımını “Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq!” sözləri ilə bitirib.

AZƏRTAC

Xəbər 456 dəfə oxundu.