Luis Hamilton mövsümün sonunadək “Mercedes”lə müqavilə imzalamayacaq
“Mercedes”in sürücüsü Luis Hamilton komandası ilə 2021-ci il üçün hələ müqavilə imzalamayıb.

Müqavilə mövsümün sonunda imzalanacaq. Bundan əvvəl “Daily Mail” L.Hamiltonun artıq “Mercedes” ilə 150 milyon dollar qarşılığında üçillik müqavilə imzaladığını iddia etmişdi.

Tərəflər əməkdaşlığı davam etdirmək istəyirlər, lakin bütün danışıqların hazırkı çempionat bitdikdən sonraya planlaşdırıldığı bildirilir. Eyni zamanda, mənbəyə görə, L.Hamilton və “Mercedes” ilin əvvəlində danışıqlar aparmaq niyyətində olsalar da, koronavirus pandemiyası səbəbindən onları təxirə salmaq məcburiyyətində qalıblar.

“Mercedes”in britaniyalı sürücüsü Formula 1 üzrə dünya çempionatının cari mövsümündə pilotların siyahısına 205 xalla liderlik edir. İkinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas (161 xal), üçüncü pillədə isə “Red Bull”un təmsilçisi Maks Verstappen (128 xal) qərarlaşıblar.

Xəbər 432 dəfə oxundu.