“Honda” gələn mövsümün sonunda Formula 1-i tərk edəcək
Yaponiyanın mühərrik istehsalçısı “Honda” gələn mövsümün sonunda Formula 1 üzrə dünya çempionatını tərk edəcək.

Bu barədə “Honda”nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, avtomobil sənayesində böyük bir dönüşün yaşandığına görə, “Honda” 2050-ci ilədək karbon neytrallığı üçün səy göstərməyə qərar verib.

“Honda” mühərrik tədarükçüsü olaraq 2015-ci ildə Formula 1-ə qayıdıb. Ondan başqa çempionatda “Mercedes”, “Ferrari” və “Renault” mühərriklərindən də istifadə olunur.


Xəbər 421 dəfə oxundu.