Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb | |
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Oktyabrın 1-də turnirin pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi Polşanın “Legiya” komandasının qonağı olub. Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Patrik Andrade, Abdullah Zubir və Filip Ozobiç fərqləniblər. Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb. |
|
Xəbər 392 dəfə oxundu. |
|
|