“Sabah”–“Keşlə” oyununun hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Sabah”-“Keşlə” oyununa hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Federasiyasının saytına (PFL) istinadla xəbər verir ki, oktyabrın 2-də “Bank Respublika Arena”da baş tutacaq görüşü Vüqar Həsənli idarə edəcək. Ona Elşad Abdullayev və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Matçın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.


Xəbər 413 dəfə oxundu.