Lints marafonu 2021-ci ilin oktyabrına təxirə salınıb
Lintsdə (Avstriya) hər il təşkil edilən “Oberbank Linz Donau Marathon” marafonunun təşkilatçıları koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən sayca 19-cu yürüşün 2021-ci il oktyabrın sonuna təxirə salındığını elan ediblər.

Bu barədə təşkilat komitəsinin veb saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, marafonun oktyabrın 23-24-də keçirilməsi nəzərdə tutulub.
Lints marafonu dünyanın hər yerindən minlərlə idmansevərləri özünə cəlb edir. Bu yarış ənənəvi olaraq hər il yazda təşkil edilir.


Xəbər 314 dəfə oxundu.