UEFA Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olunub
Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib.

“Adidas” şirkətinə məxsus olan “Finale 20” adlı topun üzərində qırmızı və göy rənglər əks olunub. Top ilk dəfə bu həftə keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində istifadə olunacaq.

Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci il mayın 29-da İstanbulda oynanılacaq.

Xəbər 438 dəfə oxundu.