Cüdoçularımız Azərbaycan xalqını rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər
Cüdo üzrə Azərbaycan milli komandası ordumuza dəstək nümayiş etdirib.

Azsport.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı bütün Azərbaycan ictimaiyyəti kimi, cüdoçularımızın da böyük hiddətinə səbəb olub.

Belə həssas zamanda, əzəli torpaqlarımızda Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə cüdo üzrə Azərbaycan milli komandasının üzvləri xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.


Xəbər 521 dəfə oxundu.