FIFA yeniyetmə futbolçumuzun həlak olması ilə əlaqədar AFFA-ya başsağlığı verib
Azyaşlı futbolçu Şəhriyar Qurbanovun Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə əlaqədar FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.
Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, məktubda qeyd olunub:

“Şəhriyar Qurbanov xatirəsinə

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərindən kədərləndiyimizi çatdırır, bu çətin dövrdə sözlərimizin təsəlli verəcəyinə ümid edirik”.


Xəbər 628 dəfə oxundu.