“Qarabağ”–“Səbail” matçı təxirə salınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ”–“Səbail” matçı təxirə salınıb.

AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının oktyabrın 10-da Monteneqro ilə səfər, oktyabrın 13-də isə Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ”–“Səbail” oyununun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”–“Səbail” qarşılaşması başqa tarixə təxirə salınıb.
Görüşün tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 424 dəfə oxundu.