“Beşiktaş”ın sabiq qapıçısı yeni mövsümü Almaniya Bundesliqasında keçirəcək
İngiltərənin “Liverpul” futbol klubu qapıçısı Loris Kariusu icarəyə verib.

26 yaşlı qapıçı 2020-2021-ci il mövsümünü icarə əsasında Almaniyanın “Union Berlin” komandasında keçirəcək.

Qeyd edək ki, L.Kariusun “Liverpul”la müqaviləsi 2022-ci ilin yayında başa çatır. O, ötən mövsümü icarə əsasında “Beşiktaş”da oynayıb.

Xəbər 426 dəfə oxundu.