“Neftçi” klubu əməkdaşlıq müqaviləsinin müddətini artırıb
“Neftçi” futbol klubu ilə “Türk Hava Yolları” arasında brend əməkdaşlıq müqaviləsi davam etdiriləcək. İki ildir Bakı təmsilçisinə dəstək verən aviaşirkət bundan sonra da “Neftçi”nin yanında olacaq.

İmzalanmış yeni müqavilə 2021-ci ilin avqustunadək qüvvədə olacaq.

Razılaşmaya əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu yerləşdiriləcək.

Xəbər 438 dəfə oxundu.