Ağsuda keçirilən uşu üzrə respublika turnirinin qalibləri müəyyənləşib
Ağsu Olimpiya İdman Kompleksinin stadionunda Aprel döyüşlərində şəhid olmuş Toğrul Fərəczadənin xatirəsinə həsr edilmiş yeniyetmələr və gənclər arasında uşu üzrə respublika turniri keçirilib.

Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışa 200-dən çox idmançı qatılıb.

Turnirdə ölkənin şəhər və rayonlarından ümumilikdə 20-dən çox idman klubu iştirak edib.

Respublika turnirində medal sayına görə fəxri kürsünün ən yüksək pilləsinə “Arktika” klubu qalxıb. “Göyçay” komandası ikinci, “Gəncə” isə üçüncü pillədə qərarlaşıblar.

Xəbər 552 dəfə oxundu.