Beşnövçülük üzrə dünya çempionatı ləğv edilib
Beynəlxalq Müasir Pentatlon Birliyinin (UIPM) İcraiyyə Komitəsi bu il keçirilməsi planlaşdırılan beşnövçülük üzrə dünya çempionatını ləğv etmək qərarına gəlib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yarış Meksikanın Cancun şəhərində noyabrın 30-dan dekabrın 8-dək keçirilməli idi. Turnir koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Qeyd edək ki, dünya çempionatının əvvəlcə bu il mayın 25-31-də Çinin Xiamen şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

Xəbər 424 dəfə oxundu.