Bakıda keçirilməsi nəzərdə tutulan Avropa çempionatları ilə bağlı yekun qərar oktyabrın 5-də veriləcək
“Avropa Gimnastikası” oktyabrın 5-də idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı qərar qəbul edəcək.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Hər iki turnirə Azərbaycan ev sahibliyi edəcək. Kişilərin yarışının dekabrın 9-13-də keçirilməsi planlaşdırılır. Yarışda 39 ölkədən 324 gimnast iştirak edəcək. Qadınlar arasında dekabrın 17-20-də baş tutacaq yarışda isə 38 ölkədən 304 idmançı çıxış edəcək.

Qeyd edək ki, əvvəlcə kişilər arasında Avropa çempionatının mayın 27-dən 31-dək Bakıda, qadınlar arasında yarışın isə aprelin 30-dan mayın 3-dək Parisdə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışlar təxirə salınmışdı.


Xəbər 455 dəfə oxundu.