Bədii gimnastika üzrə Avropa çempionatı planlaşdırıldığı kimi Kiyevdə təşkil ediləcək
Bədii gimnastika üzrə Avropa çempionatı planlaşdırıldığı kimi Kiyevdə təşkil ediləcək.

Bu barədə “Avropa Gimnastikası”nın mətbuat xidməti məlumat yayıb.

Turnir Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.
Avropa çempionatının Kiyevdə mayın 21-dən 24-dək keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus pandemiyası səbəbindən turnir təxirə salınmışdı. Yenilənmiş cədvəldə yarışın noyabrın 26-29-da keçirilməsi planlaşdırılır.
Qitə birinciliyində 39 ölkədən idmançılar iştirak edəcəklər.

Xəbər 469 dəfə oxundu.