Sambo üzrə dünya çempionatı Serbiyada keçiriləcək
Serbiyanın Novi Sad şəhəri bu il keçiriləcək sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.

Turnirin əvvəlcə Aşqabadda keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən Türkmənistan Sambo Federasiyası yarışın təşkilindən imtina edib.
Dünya çempionatı noyabrın 5-dən 8-dək keçiriləcək.

Xəbər 576 dəfə oxundu.