AFFA-nın əməkdaşı “Dinamo”–“Ludoqorets” oyununa təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Brest, Belarus) – “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

“Dinamo”–“Ludoqorets” oyunu oktyabrın 1-də keçiriləcək.

Xəbər 528 dəfə oxundu.