Luis Suaresin “Atletiko”dakı yeni forma nömrəsi bəlli olub
“Barselona” klubunun sabiq futbolçusu Luis Suaresin “Atletiko”dakı yeni forma nömrəsi bəlli olub.

Hücumçu “Atletiko Madrid”də 9 nömrə altında çıxış edəcək.

Madrid “Atletiko”su bu transfer üçün Kataloniya təmsilçisinə 6 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 401 dəfə oxundu.