FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının üzvlüyünü müvəqqəti dayandırıb
FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) üzvlüyünü müvəqqəti dayandırıb.

Buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.

FIFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.

Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FIFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.

Xəbər 445 dəfə oxundu.