2021-ci ildən Formula 1-ə “Ferrari”nin sabiq rəhbəri Stefano Domenikali başçılıq edəcək
Uzun illər Formula 1-ə rəhbərlik edən Berni Ekklstounun gedişindən sonra bu postu tutanların sayı çox olacaq. Artıq yeni mövsümdən Formula 1-ə yeni sima rəhbərlik edəcək.

Formula 1-in mətbuat xidməti növbəti ildən quruma rəhbərlik edəcək yeni prezidentin adını açıqlayıb. Belə ki, 2021-ci ildən “Kral yürüşləri”nə “Ferrari”nin sabiq rəhbəri Stefano Domenikali başçılıq edəcək. O, Formula 1-in həm prezidenti, həm də icraçı direktoru funksiyasını daşıyacaq. Qurumun prezidenti Çeyz Keri isə qeyri rəsmi icraçı kimi işini davam etdirəcək.

Xatırladaq ki, “Liberty Media”ya rəhbərlik edən Çeyz Keri 2017-ci ildə Formula 1-də Berni Ekklstounu əvəzləmişdi. Domenikali isə 1991-ci ildən “Ferrari”də fəaliyyət göstərmiş və 20 ildən artıq müddətdə bu komandada çalışmışdı. O, 2014-cü ildə İtaliya komandasından ayrılmışdı.

Xəbər 436 dəfə oxundu.