Latviyalı futbol azarkeşləri maraqlı addım atıblar
Latviyanın “Riqa” klubunun azarkeşləri Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə matçı izləmək üçün maraqlı addım atıblar.

Fanatlar qarşılaşmaya baxmaq məqsədi ilə iki ədəd üstü açıq ikimərtəbəli avtobus icarəyə götürüblər. Onlar 90 dəqiqə ərzində komandalarına dəstək olublar.

Qeyd edək ki, “Riqa” doğma meydanda “Seltik”ə 0:1 hesabı ilə uduzaraq Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər 447 dəfə oxundu.