Azərbaycan idmançısı “Fight Nights Global 98” turnirində inamlı qələbə qazanıb
Moskvada keçirilən MMA üzrə “Fight Nights Global 98” turnirində Azərbaycan idmançısı uğurla çıxış edib.

Axşamın əsas döyüşlərindən birində 70,3 kiloqram çəkidə kəmərin sahibi Nəriman Abbasov rusiyalı rəqibi Mixail Qoqitidzeni ikinci raundda məğlub edib.

Bu, “Qəbələ” idman klubunun təmsilçisinin 28-ci döyüşü olub. N.Abbasov bunadək keçirdiyi döyüşlərin 24-də qalib gəlib.

Xəbər 401 dəfə oxundu.