“Fənərbağça” klubu “Aston Villa”nın hücumçusunu transfer edib
Türkiyənin “Fənərbağça” futbol klubu İngiltərənin “Aston Villa” komandasından Mbvana Samattanı transfer edib.

İstanbul təmsilçisi 27 yaşlı tanzaniyalı hücumçu ilə dördillik müqavilə imzalayıb. Bu keçid qarşılığında “Aston Villa”ya 6 milyon avro ödəniləcək.

M.Samatta 2021-ci ilin yayınadək icarə əsasında “Fənərbağça”da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək.

Qeyd edək ki, Mbvana Samatta “Aston Villa”ya bu ilin əvvəlində keçib.

Xəbər 389 dəfə oxundu.