Atletika üzrə Bakı çempionatının ikinci gününə start verilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı çempionatının ikinci gününə start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda qızlar və oğlanlar iştirak edirlər.

Yarışın ikinci günündə idmançılar qaçış, uzunluğa və hündürlüyə tullanma növlərində mübarizə aparırlar.

Çempionatda 8 komandadan 90-a yaxın atlet birincilik uğrunda mübarizə aparır.

Qeyd edək ki, qaliblər diplom və medallarla təltif olunacaqlar.

Xəbər 515 dəfə oxundu.