“Qarabağ”- “Legiya” oyununu Almaniyadan olan hakimlər briqadası idarə edəcək
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

Ağdam təmsilçisinin Polşanın “Legiya” klubu ilə keçirəcəyi görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər 443 dəfə oxundu.