Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının idarə heyətinin iclası keçirilib.

İclasda idarə heyətinin yeni tərkibi müəyyənləşib. Belə ki, Asif Sayadov sədr, Mahmud Mehtioğlu sədr müavini, Ramin Əliyev, İlqar Mustafayev, Arzuman Rəsulov, Şahin Mustafayev və Əlfi Məmmədov isə idarə heyətinə üzv seçiliblər.

Şərq döyüş növləri üzrə Əməkdar məşqçi, beşqat dünya çempionu Asif Sayadov federasiyanın prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova isə birinci vitse-prezidenti vəzifəsinə yenidən təyin olunublar.

A.Sayadov idarə heyətinin yeni seçilmiş üzvlərini təbrik edib və onların federasiyanın inkişafı üçün məsuliyyətlə çalışacaqlarına inandığını söyləyib.

Federasiyanın birinci vitse-prezidenti J.Əhmədova çıxışında ona yenidən göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağını söyləyib.

Daha sonra A.Sayadov federasiyanın qarşıda görüləcək işlərindən və həyata keçiriləcək planlarından danışıb.

Ölkəmizdə bu döyüş sənəti son 12 ildir inkişaf etdirilir. Artıq iki ildir Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası fəaliyyət göstərir. Federasiya fəaliyyəti dövründə müxtəlif respublika səviyyəli turnirlər, beynəlxalq seminarlar təşkil edib. Ötən il Çində keçirilən dünya çempionatında millimizin üzvləri 3 qızıl və 3 gümüş medal qazanıblar.

Xəbər 379 dəfə oxundu.