Çempionlar Liqasının yeni mövsümünün formatı dəyişdirilib
Basketbol üzrə Çempionlar Liqasının müntəzəm çempionatının 2020-2021-ci il mövsümünün formatı pandemiya səbəbindən dəyişdirilib.

Müntəzəm çempionat qısa formatda təşkil olunacaq. Belə ki, komandaların az oyun keçirməsi basketbolçuların infeksiyaya yoluxmasının qarşısının alınmasına kömək edəcək. Komandalar 8 qrupa bölünəcək və hər qrupda 4 klub yer alacaq.

Qeyd edək ki, standart formatda isə komandalar 4 qrupa bölünürdü. Hər qrupda 8 komanda mübarizə aparırdı.

Xəbər 420 dəfə oxundu.