UEFA Gənclər Liqasının 2020/2021-ci il mövsümünün formatını dəyişib
UEFA İcraiyyə Komitəsinin sentyabrın 24-də keçirilən iclasında Gənclər Liqasının 2020/2021-ci il mövsümünün formatının dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Əvvəllər iki istiqamətdə - Çempionlar Liqası yolu və Çempionlar yolu üzrə təşkil olunan yarış fərqli şəkildə keçiriləcək. Komandalar pley-off sistemi ilə mübarizə aparacaqlar.

Turnir 2021-ci ilin martında başlayacaq. Gənclər Liqası 1/32 final mərhələsi ilə start götürəcək.

Turnirdə ölkəmizi “Qəbələ”nin U-19 komandası təmsil edəcək.

Xəbər 446 dəfə oxundu.