Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib
Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib.

Sayca 6-cı dəfə təşkil olunan vebinarın budəfəki mövzusu qayda pozuntuları olub. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hansı hərəkətlərin qayda pozuntusu sayıldığını qeyd etdikdən sonra müxtəlif qarşılaşmalardan nümayiş etdirilən videolarda mövzu ilə bağlı vəziyyətləri izah edib. Vebinarın ikinci hissəsində mürəkkəb vəziyyətlərdə qarşılıqlı fəndlərin icra olunduğu epizodlar müzakirə edilib.

Qeyd edək ki, güləş hakimlərinin ənənə halını alan vebinarı hər həftə keçirilir. Məqsəd ədalət təmsilçilərinin nəzəri biliklərini daha da təkmilləşdirməkdir.

Xəbər 448 dəfə oxundu.