Norveç çempionatının I divizionunda şübhəli oyun təxirə salınıb
Norveç çempionatının I divizionunda şübhəli oyun təxirə salınıb. İdman.com.az saytının məlumatına görə, futbol federasiyası “Ullesakker” və “Ham Kam” klubları arasında oyunun keçirilməməsinə qərar verib. Buna səbəb quruma oyunun nəticəsinin danışılmış olması haqda məlumatın çatmasıdır. Federasiya məsələni araşdırmağı yerli polisə həvalə edib. Matç yalnız araşdırmalar başa çatdıqdan sonra keçirilə bilər.

Qeyd edək ki, “Ullesakker” 2-ci pillədə qərarlaşaraq yüksək liqaya vəsiqə qazanmağa əsas namizədlərdən biridiir.


Xəbər 921 dəfə oxundu.