Futbol üzrə Azərbaycan I Divizionunda yeni mövsümün püşkü atılıb
Sentyabrın 24-də futbol üzrə Azərbaycan I Divizionunda 2020-2021-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutmuş tədbir klub və KİV nümayəndələri üçün qapalı olub.

Ötən mövsümdən fərqli olaraq, çempionat 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq.

Birinci turda “Keşlə-2”-“Kəpəz”, “Sumqayıt-2”-“Qarabağ-2”, “Qaradağ Lökbatan”-MOİK, “Turan Tovuz”-“Zaqatala” və “Neftçi-2”-“Sabah-2” görüşləri keçiriləcək.

Qeyd edək ki, I Diviziona oktyabrın 1-də start veriləcək.

Xəbər 316 dəfə oxundu.