Para-velosiped üzrə yığma komandamız Qəbələdə təlim-məşq toplanışında iştirak edir
Milli Paralimpiya Komitəsinin para-velosiped idman növü üzrə yığma komandası uzun fasilədən sonra təlim-məşq toplanışında iştirak edir.

İdmançılar məşqlərini komandanın baş məşqçisi Amid Həsənquliyevin rəhbərliyi altında Qəbələdə açıq hava şəraitində keçirirlər.

Hazırlıq prosesi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil olunub.

Xəbər 522 dəfə oxundu.