“Qarabağ” klubu “Sumqayıt”la oyuna itkilərlə çıxacaq
Ağdamın “Qarabağ” klubunun zədəli futbolçuları ilə bağlı yeni xəbərlər var. Belə ki, əsas heyətin iki aparıcı üzvü Abdulla Zubir və Xayme Romeronun müalicəsi davam edir.

A.Zubir artıq komanda ilə birgə məşqlərə başlayıb. Böyük ehtimalla o, çempionatın dördüncü turunda səfərdə “Sumqayıt”la oyunda meydana çıxa biləcək. Ancaq Xayme ilə bağlı vəziyyət bir qədər fərqlidir. İspaniyalı oyunçu hələ ki, fərdi olaraq məşq edir. Çox güman ki, futbolçu “Sumqayıt”la matçı da buraxmalı olacaq.

Qeyd edək ki, zədə səbəbindən X.Romero “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki “Molde” ilə oyunda da iştirak edə bilməmişdi.

Xəbər 417 dəfə oxundu.