Formula 1 Emili-Romani Qran-Prisinin biletlərinə tələbat yüksəkdir
İtaliyanın İmola şəhərində keçiriləcək Formula 1 Emili-Romani Qran-Prisinə biletlər sürətlə satılır.

Emili-Romani Qran-Prisinə onlayn bilet satışına sentyabrın 23-də başlanıb. Artıq ilk gündən biletlərə tələbin olduqca yüksək olduğu görünür. Belə ki, ötüşmələrin çox hissəsinin baş verdiyi Rivazza keçidində yerləşən “H” tribunasında bütün oturacaqlara biletlər bir neçə saata satılıb.

Region rəhbərliyi yarışların hər günündə 13 min 417 tamaşaçının arenaya buraxılmasına qərar verib. Yarış noyabrın 1-də keçiriləcək, lakin göründüyü kimi yarışa çox yaxın vaxtlarda bilet qalmayacaq.

Xəbər 470 dəfə oxundu.